Əziz və Cəlil Allah belə buyurur: “Qoy aranızdan bir qrup çıxsın ki, (insanları) yaxşılığa çağırsın, yaxşı əməlləri əmr etsin və pis əməllərdən çəkindirsin. Məhz onlar nicat tapandır”.
Bu ilahi çağırışa cavab olaraq təsis etdiyimiz Nizamiyyə mədrəsəsinin əsas qayəsi - səlim İslam şüuruna malik cəmiyyətlərin formalaşmasına röhfə vermək, yolunu itirmiş və mənəvi xəstəliklərə düçar olmuş fərd və topluluqları islah etməkdir.
Səy bəşərdən, tövfiq isə yalnız və yalnız Allahdandır!