Tibbi Sağlamlıq üzrə Professionallar
Bu qeyri-müəyyənlik və izolasiya dövründə pasient və həmkarlarınız ilə WhatsApp üzərindən əlaqə saxlaya bilərsiniz - necə ki, eynisini dostlar və ailəniz ilə ünsiyyətdə olmaq üçün edirsiniz.
Müştərilərlə ünsiyyət zamanı WhatsApp-ı məsuliyyət ilə işlədin. Yalnız tanıdığınız və sizdən mesaj almaq istəyən istifadəçilər ilə əlaqə saxlayın, müştərilərdən sizin nömrənizi telefonlarında yadda saxlamağı rica edin və onlara avtomatik və ya qrup reklam mesajı göndərilməsinin qarşısını alın. Bu sadə qaydalara əməl etməmək müştəri şikayətləri ilə nəticələnə və hətta hesabın qapadılmasına gətirib çıxara bilər.
Çoxsaylı sualları rahatlıq idarə etmək üçün iş saatları kimi yardımçı məlumatı irəliyə çəkin, tez-tez verilən cavabları saxlayın və endirilməsi pulsuz olan WhatsApp Business tətbiqini işlədin. WhatsApp Business tətbiqini mərhələli şəkildə işlətməyin yollarını görmək üçünburaya klikləyin . Hesabınızı WhatsApp Messenger üzərindən WhatsApp Business tətbiqinə köçürmək üçün, buraya klikləyin.
Telefona endirin
*Hər bir WhatsApp istifadəçisi WhatsApp-ı məsuliyyətlə işlədərək bu istifadənin sağlamlıq üzrə data məxfiliyi və təhlükəsizlik qanunlarına uymasına əmin olmalıdır. WhatsApp tibbi qayğı xidmətləri hazırlamır və təklif etmir. Göstərdiyiniz tibbi qayğı xidmətlərinə WhatsApp-ı birbaş daxil edə bilməzsiniz. WhatsApp pasientlər ilə fərdi tibbi konsultasiyalarına və təcili qayğıya ehtiyacı olan durumlar üçün əvəzləmə deyil və idarəolunan tibbi cihazlar kimi işlədilə bilməz.