Connect remotely
Yaxınlarınızla ünsiyyətdə qalmaq və onlara dəstəyinizi yaxında olmadan belə göstərmək üçün qruplar, səsli zəng, vəvideo zəng kimi WhatsApp funksiyalarını işlədin.
WhatsApp sizə dəyərli olanlarla ünsiyyətdə qalmağa yardım edir WhatsApp işlədərək dostlar və ailənizin qayğısına qalmaq, ən son rəsmi sağlamlıq bilgilərini almaq və informasiyanı məsuliyətli şəkildə paylaşmaq kimi yöntəmləri işlədə bilərsiniz Əgər WhatsApp-da yenisinizsə və ya onu işlətməyin yollarını öyrənməyə gərəyiniz varsa, onu burada addım-addım izləyə bilərsiniz.
Yaxınlarınızla ünsiyyətdə qalmaq və onlara dəstəyinizi yaxında olmadan belə göstərmək üçün qruplar, səsli zəng, vəvideo zəng kimi WhatsApp funksiyalarını işlədin.
Yerli, milli və beynəlxalq qurumlarla əlaqə saxlayın. Ən son informasiya və qaydalarla tanış omaq üçün Dünya Səhiyyə Təşkilatı və ya milli səhiyyə nazirliyi kimi etibarlı mənbələrə istinad edin.
Aldığınız mesajlardan ehtiyatlı olun, çünki koronavirus ilə bağlı aldığınız bəzi şeylər doğru olmaya bilər. Faktları etibarlı rəsmi mənbələr ilə yoxlayın. Məsələn, fakt yoxlayıcı, və ya Beynəlxalq Fakt Yoxlama Birliyinin (IFCN) fakt yoxlayıcı çatbotu ilə+1 (727) 2912606. Əgər nəyinsə doğru olduğuna əmin deyilsinizsə, onu başqalarına yönləndirməyin.
Bu çağırışa qoşulan icma liderlərinə lazımi dəstəyi göstərəcəyik. WhatsApp işlədərək insanların koronavirus bağlı narahatlıqları olduğu anlarda onlara necə yardım edəcəyinizi və əlaqədə qalacağınızı öyrənin.
Pasientlərlə əlaqədə qalmaq, icmanı bilgiləndirmək, uzaqdan konfranslar keçirmək, çox verilən suallar üçün cavablar hazırlamaq və sairəni öyrənin.
WhatsApp-da tələbələrlə əlaqədə qalmaq, onlara tapşırıqları göndərmək və almaq, mətn formasında dərsləri onlarla bölüşmək, səsli mesaj göndərmək və daha çoxunu öyrənin.
Təşkilatınızı təqdim etmək, icmanız ilə ünsiyyətdə olmaq, dəqiq və zamana uyğun bilgiləri paylaşmaq, komandanız ilə birgə işləmək, əsas sorğuları cavablandırmaq və sairə.
Müştərilərlə ünsiyyətdə olmaq, işləmə saatlarını bölüşmək, təhvil və çatdırılmanı daha da asan etmək, davamlı olaraq qalıq malların ehtiyatını görmək və başqa işləri etməyin fərqli yollarını kəşf edin.
İnsanların öz icmaları ilə çətin anlarda WhatsApp işlədərək necə əlaqə saxladıqlarına baxın:
Pakistanda bir WhatsApp qrupu 21 milyon Rupi toplayaraq ölkənin ən kasıb bölgəsinin yoxsulluqla mübarizəsinə yardım etmişdir: Məqaləni burada oxuyun>
İtaliya şəhərlərinin bir qrup başçıları WhatsApp işlədərək ünsiyyətdə qalırlar: Məqaləni burada oxuyun>
Neapoldakı (İtaliya) ibtidai məktəblər qapalı olmaqlarına baxmayaraq dərsləri WhatsApp işlədərək davam etdirir və oxuyanlara ev tapşırıqları göndərirlər: Məqaləni burada oxuyun >
Honq Konqlu bir şəxs WhatsApp işlədərək öz icmanısını bir yerə toplayır və yerli bizneslərə yardım olur: Məqaləni burada oxuyun>
İordaniyada işə düzəlməyə yardım təşkilatlarından biri Koronavirus dövründə qadınlara iş tapmaqla bağlı motivasiya verir: Məqaləni burada oxuyun >
Parisdəki tibb mütəxəssisləri WhatsApp qrupu ilə xəstəxanalarda olan boş yerlər haqda məlumat alırlar: Məqaləni burada oxuyun >
Koimbator, Hindistanda olan rəsmilər WhatsApp ilə görüşlər keçirirlər: Məqaləni burada oxuyun >
Suriyada qaçqın düşərgələrində olan müəllimlər video dərsləri valideynlər ilə WhatsApp üzərindən paylaşırlar: Məqaləni burada oxuyun >
Hindistanda qul əməyinə uğramış insanlar WhatsApp işlədərək həmkarları arasında koronavirus haqqında məlumat yayırlar: Məqaləni burada oxuyun>
Florianopolis, Braziliyada olan pasientlər WhatsApp işlədərək görüş təyin edə və suallar verə bilərlər: Məqaləni burada oxuyun>