
Foto, video, səsli qeyd və mətn mesajlarını WhatsApp statusunda insanlarla paylaşın. Stikerlər, GIF-lər və s. əlavə etməklə onları fərdiləşdirin. Status yeniləmələri 24 saatdan sonra yox olacaq.
Stikerlər, avatarlar, GIF-lər və örtük mətni ilə özünüzü ifadə etmək, yaradıcı olmaq və özünüzü olduğunuz kimi paylaşmaq üçün bütün yaradıcı seçimlər əlinizdədir.
Sevdiyiniz hər kəsi məlumatlı saxlayın və görmələrini istədiyiniz bir şey olduqda statusunuzda onların adını çəkin. Söhbətə başlamaq üçün onlar bunu bəyənib cavab verə bilərlər.
Statusunuzu paylaşa bilərsiniz. Paylaşım etdiyiniz zaman statusu kimin görə biləcəyinə siz qərar verirsiniz, beləliklə, pərdəarxası hadisələrinizi olduqca rahatlıqla paylaşa bilərsiniz.